Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobilini \"Sәn mәnim gülüm, çiçәyim\", deyərək satışa çıxardı - Bakıda maraqlı elan +FOTOLAR

ELANLAR

2050

10.12.2019, 11:44

Azərbaycanın məşhur  elan  saytında maraqlı  elan yerləşdirilib.

 

Oxu24.com  xəbər  verir   ki, avtomobilini  satışa  çıxaracn  Kərəm adlı  şəxs  onu  qeyri-adi   formada   təqdim   edib. 

"Sәn mәnim gülüm, çiçәyim, әn  etibarlı yol yoldaşım... Bir dәfә  dә mәni yolda qoymadın. O qәdәr gözütoxsan ki, yanacaqdan vә yağdan başqa mәndәn heç nә istәmәdin. Bir damla artıq yağ yemәdin. Usta nәdi bilmәdin. 5 manatla mәni günlәrlә gәzdirdin sakit sәsinlә... Sәni yüzlәrlә maşının arasından seçmişdim. Bilirәm yazdığım qiymәt sәnә layiq deyil, amma camaat da kasıbdı axı gülüm. Sevinirәm ki, sәni yaxşı qorudum. Sәni incitmәdәn, vurmadan, dağıtmadan, ehtiyatla sürdüm. Ümid edirәm ki, yeni sahibin dә sәnә yaxşı baxacaq. Bu çәtin hәyatda hәmişә belә sağlam vә möhkәm ol. Sәni unutmayacam vә hәmişә sevәcәm. Çünki sәn buna layiqsәn gülüm!", deyərək  elanı  paylaşıb.

 

Qeyd   edək  ki, Mercedes C 220 markalı  avtomobilin  qiyməti    12 222 AZN -dir.

 

Avtomobil  haqda  məlumat:

İl: 2000

km: 350 000

Rəng: Göy

Ban növü: Sedan

Mühərrikin həcmi: 2.2 L
Mühərrikin gücü: 143 a.g.
Yanacaq növü: Dizel
Yürüş: 350 000 km
Sürətlər qutusu: Avtomat
Ötürücü: Arxa
 

Əlaqə  nömrəsi:  (050) 246-93-93